Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin Bəyannaməsi Dağlıq Qarabağ müharibəsinin yeni mərhələsi haqqında

Azərbaycan Xalqı və Azərbaycan Respublikası haqlıdır!

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin Bəyannaməsi

 Dağlıq Qarabağ müharibəsinin yeni mərhələsi haqqında

Əziz həmvətənlər!

Azərbaycan Demokrat Firqəsinin üzvləri və tərəfdarları!

Azərbaycan Hökumətinin rəsmi məlumatlarına görə, 27 sentyabr 2020-ci il tarixdə, Ermənistanın təcavüzkar hökumətinin hərbi qüvvələri atəşkəsi pozaraq Azərbaycanın yaşayış yerlərinə hücum edərək onlara ağır silahlarla güllələr yağdırıblar. Azərbaycan ordusu dərhal öz vətəndaşlarının həyatını qorumaq üçün əks-hücuma başladı və təcavüzkarların hücumlarına cavab verdi. Erməni hərbçilərinin davamlı olaraq atəş etməsı və Azərbaycan ordusunun müdafiə etməsinin davamı ilə bu hərbi münaqişə atəşkəs xəttindən kənara çixaraq, Dağlıq Qarabağ müharibəsinin yeni mərhələsinə çevrildi.

Müharibənin ilk iki-üç günü ərzində, Ermənistan silahlı qüvvələri Azərbaycanın kəndlərini, şəhərlərini və digər yaşayış məntəqələrini, hətta cəbhə xəttindən nisbətən uzaq və Azərbaycan ərazisinin dərinliyində olan bölgələri belə bombardman etməyə davam etdi. Onlarla Azərbaycan vətəndaşı o cumlədən uşaqlar, qadınlar və qocalar həlak oldu, yaralandı və maddi ziyan gördülər. Həmçinin bəzi xəbərlərə əsasən, Erməni hərbçilərinin döyüş güllələri və minaatanlarının bir neçəsi İrandakı azərbaycanlı soydaşlarımızın məskunlaşdığı ərazilərə dəyib ki xoşbəxtlikdən insan itkisi olmayıb.

Buna  cavab olaraq, Azərbaycan ordusu müdafiə hücumunu genişləndirdi və erməni hərbçilərinə təsirli zərbələr endirdi. Nəticədə bəzi ərazilərdə işğalçı Ermənistan ordusunun qüvvələri geri çəkilməyə məcbur oldular. Azərbaycan Respublikasının bəzi kəndləri işğalçılardan azad edildi. Bəzi strateji nöqtələr və yüksəkliklər Azərbaycan ordusu tərəfindən ələ keçirildi və nəzarət altına alındı.

İndi Dağlıq Qarabağ müharibəsinin yeni mərhələsi Azərbaycan ordusunun irəliləməsi və işğal altında olan digər ərazilərin tədricən işğalçı erməni qüvvələrindən azad olunması davam edir.

Əziz həmvətənlər!

Azərbaycan Demokrat Firqəsi 16 iyul 2020-ci il tarixində öz Mərkəzi Komitəsinin elanında bəyan etmişdi ki "Əgər nüfuzlu beynəlxalq quvvələr, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Minsk Qrupu və bölgənin güclü ölkələri bu bölgədə yeni bir dağıdıcı müharibənin başlamasını istəmirlərsə, onda, Ermənistan hökumətini məcbur etməlidirlər ki. Azərbaycan ərazilərini sülh yolu ilə tərk etsinlər və Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət etsinlər. Əks halda, keçmişdəki kimi Azərbaycan xalqı və hökuməti öz haqlı hüquqlarından məhrum qalanda, vətənini qorumaqda və işğal olunmuş əraziləri azad etməkdə Azərbaycan xalqı və hökumətini qınamaq olmaz".           

Indi də Azərbaycan Demokrat Firqəsi bəyan edir, dünyanın nüfuzlu qurumları, o cümlədən başda olmaqla  Birləşmiş Millətlər Təşkilatı öz 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyünü rəsmi surətdə tanıyıb və Dağlıq Qarabağ bölgəsini və işğal olunmuş yeddi rayonunu rəsmi olaraq Azərbaycanın ərazi tərkibi kimi elan edib. Əgər onlar Qarabağ müharibəsinin yeni mərhələsinin Qafqaz bölgəsində dağıdıcı bir geniş müharibəyə çevrilməsini istəmirlərsə, haq tərəfində durmalı və təcavüzkar Ermənistanı işğal altındakı torpaqları tərk  etməyə məcbur etməlidirlər.

Azərbaycan Demokrat Firqəsi keçmişdəki kimi bir daha bəyan edir ki, təcavüzkar Ermənistan hökumətinin işğalı altında olan Dağlıq Qarabağ və digər torpaqlar məsələsində Azərbaycan Respublikasındakı qardaş və bacılarının yanında olub və olacaqdır.

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi

30 sentyabr 2020

Go Back

Comment