Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

21 Azər hərəkatının 74-ci il dönümü münasibəti ilə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin bəyannaməsi

21 Azər hərəkatının 74-ci il dönümü münasibəti ilə

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin  bəyannaməsi 

Əziz həmvətənlər !

21 Azər hərəkatı Azərbaycan xalqının və eləcə də İranda yaşayan digər xalqların azadlıq, demokratiya və ictimai ədalət uğrunda apardıqları keşməkeşli milli-azadlıq mücadilənin qızıl səhifəsi kimi tarixində iz qumuşdur.         

74 il bunda öncə Azərbaycanın mübariz və qəhrəman xalqı Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında ayağa qalxır.Məşrutiyyət və xiyabanı nehzətinidə olduğu kimi Azərbaycanın qurtuluşu yolunda  mərkəzi hakimiyyətinin mürtəci və qəddar hökmranlığının, mülkədarların , Azərbaycanın ziddinə olan ifratçı mərkəzi şovnist siyasətinin əleyhinə qiyama qalxır. Eləcə də Azərbaycanda geniş iqtsadi, siyasi-ictmai və mədəni islahatları həyata  keçirir. Həmin ərəfədə görülən işlər bu gündə ölkəmizdə bənzəri olayaman islahatlar kimi yadda qalmışdır.

21 Azər hərəkatı ölkədə yaşayan digər xalqların da zülm və istibdad əleyhinə qiyamında böyük bir örnək olmuşdur.

Demokratik Aərbaycan hökuməti bu yolda  bütün İran xalqlarının öndə gedəni və bayraqdarı olmuşdur.

Azərbaycan demokrat firqəsi və onun böyük inqlabçı oğlu S.C.Pişəvərinin rəhbərliyi altında görülən işlər və nailiyyətlərin əzəməti mərkəzi irticanı və satqın Məhəmmd Rıza Pəhləvi rejimini dərindən  vəhşətə salmışdır. Ona görədə İranın  mərkəzi hakimiyyəti , onların daxili və xarici qüvvələri beynəlxalq irticanın köməyi nəticəsində Azərbaycana qoşun yeridirb, nəticədə isə Azərbaycan milli-demokratik hərəkatını qanda boğmuşdur.
21 Azər hərəkatının 74-ci il dönümüdə irticanın daxili və xarici qüvvələrinin bütün oyunlarına baxmayaraq Azərbaycan Demokrat Firqəsi açıqcasına  bir daha elan edir ki ;

Bu hərəkatın əsasını təşkil edən müqəddəs hədəflərin ,eyni halda 12 şəhrivər bəyannaməsinin ruhu olan Demokratik İran sərhədləri çərçivəsində  Azərbaycan xalqının müqəddəratını təyin edilməsi prinsipinin icra olunmasına təkid edir.

Azərbaycan demokrat firqəsi 74 illik milli-siyasi mücadiləsində göstərmişdir ki, o

hər zaman mərkəzi şovnizminin və  milliyyətçiliyin əleyhinə olmuş , eyni halda  xalqların qardaşlığının tərəfində olmuşdur.

Azərbaycan demokrat firqəsi bu əqidədədir ki, İranda yaşayan xalqların zülm əleyhinə olan milli-azadlıq uğrunda mübarizələri  tarixi bir zəruriyyətdir.

Biz İranda yaşayan bütün azadixah qüvvələrlə  demokratik federativ cumhuriyyətin qurulması uğrunda çiyin-çiyinə mübarizə aparırıq.

  - Yaşasın 21 Azər nehzəti,

  -Eşq olsun bütün Azərbaycan demokrat firqəsinin şəhidlərinə,  

  -Yaşasın İran xalqlarının istibdad əleyhinə olan qardaşlığı və iş birliyi,

   -Uğur olsun Azad, Abad və Müstəqil İranin uğrunda müştərək mübarizə.

 

 Azərbaycan demokrat firqəsi Mərkəzi Komitəsi

21 Azər 1398
 

 

Go Back

Comment