Menu

Azərbaycan Demokratik Firqəsi

header photo

1 May bayramı Beynəlxalq Həmrəylik günüdür

​1 may bayramı bütün dünya xalqlarının həmrəylik dostluq günü kimi tarixə düşmüşdür. 1903 cü ilin may ayının 1-də Amerikanın Çıkaqo şəhərində müxtəlif sənaye sahələrində işləyən zəhmətkeşlərin kütləvi surətdə toplantısı keçrildi. Tətildə iştirak edən nümayiş iştirakçıları belə bəyanatla çıxış edərək xoş əhvalı ruhiyə ilə hər il may ayının 1 may Beynəlxalq həmrəylik günü kimin dünya zəhmətkeşləri tərəfindən qeydə alınaraq həmrəylik günü kimi qeyd olunsun. Bu ədalətli qərar qısa vaxt ərzində bütün dünyanın zəhmətkeşləri tərəfindən yekdilliklə bəyənilərək öz təsdiqini tapdı. Amerika dövlət başçılarıda bu işə müsbət mənada yanaşmağa böyük üstünlük verdilər. Milliyətindən, dinindən əqidəsindən, dünyaya baxışından asılı olmayaraq mütərəqqi qüvvələr birliyinin səsi bütün dünyanı sevinc içərisində ayağa qaldırdı. Dünyanın mütərəqqi insanları Amerika fəhlələrinin belə bir qərarını alqışladılar. 1 may bayramı dünya xalqlarının Beynəxalq Həmrəylik bayramı kimi insanların qəlbində özünə məxsus yeri vardır. Yarandığı gündən bu günə kimi 1 may bayramı öz mahiyyətini saxlamış yazın laləli, nərgizli, güllü çiçəkli bir vaxtında onun insanlar tərəfindən qeyd olunaraq onu yaradan insanların ruhunun şadlığı naminə bu tədbir hər il başqa ölkələrdə olduğu kimi bizimdə ölkəmizdə hər il qeyd olunur. Sovetlər dönəmində 1 may bayramı həm qardaş ölkələrin həm də ki Azərbaycanda toy bayram şənliyi kimi geniş surətdə qeyd olunurdu. Bu bayram bütün millətləri bir – birinə qardaş olmaq zəruriyyətindən meydana gəlmişdir. Alqışlar olsun 1 may bayramının təməlini qoyan şəxslərə.

V.R. Quluzadə

Go Back

Comments for this post have been disabled.